')

Bu gün:


FutbolPress.Az | Berti Foqts: "Qrupda ikinci yeri tuta bilərik"

Berti Foqts: "Qrupda ikinci yeri tuta bilərik"


oxunma sayı: 391 Paylaş:

FutbolPress"Seçmə mərhələ öncəsi belə rəqiblə yoldaşlıq oyunu keçirtməyə şərait yaratdıqları üçün rusiyalı dostlarıma minnətdaram. İki ölkənin futbol federasiyaları arasındakı razılaşmaya əsasən, qarşıdakı iki il ərzinda Rusiya millisi Bakıya gəlməlidir".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Rusiya ilə yoldaşlıq oyunu öncəsi keçirdiyi mətbuat konfransında deyib. 

Sabahkı oyunun əhəmiyyətindən danışan almaniyalı mütəxəssis Rusiya yığmasının çalışdırıcısı Fabio Kapellonun komandası ilə müqaviləsini yeniləməsinə də münasibət bildirib: "Bilirəm ki, bu oyun Rusiya millisi üçün də ciddi sınaqdır. Çünki onlar "DÇ-2014"dən sonra ilk oyunlarına çıxacaqlar. Rusiya Futbol İttifaqının Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı mütəxəssis dünyanın ən güclü məşqçilərindən biridir. Nəticə də olacaq. Sadəcə ona vaxt verin".

B.Foqts eyni zamanda Türkiyənin I dəstəsində forma geyən futbolçuların yığmaya dəvət etmək istəməməsinin də səbəbini açıqlayıb: "Türkiyənin I dəstəsində çıxış edən futbolçuların milliyə çağırılmasının tərəfdarı deyiləm. Çünki Azərbaycan Premyer Liqası Türkiyə I dəstəsindən geri qalmır. Yığmanın futbolçuları İngiltərə, İspaniya, İtaliya və Almaniya kimi ölkələrin yüksək liqalarında çıxış etməlidirlər. Ancaq bizim belə futbolçularımız yoxdur. Düşünürəm ki, eyni problem Kapellonun komandasında da var".

Təcrübəli mütəxəssis sabahkı görüşdə komandasından yalnız qələbə tələb edəcəyini bildirib: "Sabahkı oyunda hansı futbolçulara şans verəcəyimi deyə bilmərəm. Qoy, bu sürpriz olsun. Ancaq bir şeyi deyə bilərəm ki, komandamdan yalnız qələbə tələb edəcəm. Rusiya ilə matç bizim üçün çox önəmlidir".

Komandasının "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirən B.Foqts bu haqda belə danışıb: "Son seçmə mərhələnin bir neçə oyununda bəxtimiz gətirmədi. Üstəlik bəzi problemlərimiz var idi. Moskvada keçirilən Rusiya ilə görüşün sonlarına yaxın mübahisəli epizodda qapımıza penalti zərbəsi təyin olundu. Əgər həmin oyunlarda xallar itirməsəydik, qrupda ikinci pilləni tuta bilərdik. Azərbaycanda çoxları millinin son seçmə mərhələdəki çıxışından razı qaldı, lakin mən yox. Artıq bizi qarşıdakı yeni seçmə mərhələ gözləyir. Əgər bu dəfə bəxt bizim tərəfimizdə olsa, "Avro-2016"nın final mərhələsinə vəsiqə qazana bilərik".


oxunma sayı: 391 | Paylaş:




?>