"Arsenal" Dani Uelbekin transferi ilə bağlı "Mançester Yunayted"lə razılığa gəlib.
BBC-nin məlumatına görə, "Topçular" forvarda görə "Mankunyanlar"a 16 milyon avro ödəyəcək.
İngiltərə yığmasının oyunçusu yaxın saatlarda Londonda tibbi baxışdan keçəcək.