')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın ev oyunu yeni meydanda keçiriəcək 

"Qarabağ"ın ev oyunu yeni meydanda keçiriəcək 


oxunma sayı: 782 Paylaş:

FutbolPressTofiq Bəhramov adın Respublika stadionunun ot örtüyü qısa müddətdə dəyişdiriləcək. 

Bu barədə stadionun direktoru Akif İsmayılov məlumat verib. 

Onun sözlərinə görə, bu gün məsələ ilə bağlı rəsmi razılıq əldə olunub. Anlaşmaya əsasən, yeni təbii örtük xarici ölkələrin birindən hazır formada gətirilərək, meydana döşəniləcək. Prosesin 15 gün ərzində - "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə keçirəcəyi AL-in qrup mərhələsinin ilk tur matçınadək başa çatdırılması nəzərdə tutulub. Qarşılaşma sentyabrın 18-də oynanılacaq. 

Respublika stadionunun hazırkı ot örtüyü havaların isti keçməsi ilə əlaqədar bərbad hala düşüb. İndiyədək arenalarımız arasında yalnız Lənkəran şəhər mərkəzi stadionuna hazır ot örtüyü gətirilib. Mərkəzi arena 2 il öncə əsaslı təmir olunsa da, ot örtüyü toxum hesabına salınıb.  

Mənbə: sportnet.az


oxunma sayı: 782 | Paylaş:




?>