')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov: "Qapıçı toxunulmazdır" (AÇIQLAMA)

Xaqani Məmmədov: "Qapıçı toxunulmazdır" (AÇIQLAMA)


oxunma sayı: 293 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının IV turunda keçirilən "Sumqayıt" - "Araz Naxçıvan" (0:1) oyunundan sonra qonaq komanda matçın idarəçiliyindən narazı qalıb. 

PFL saytına açıqlama verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov həmin mübahisəli 3 epizodu şərh edib: 


“Hakim FİFA qaydalarına uyğun qərarlar verib”
 
“Sumqayıt” – “Araz Naxçıvan” oyununda olduqca incə məqamlar var. Sıravi vətəndaş, azarkeş qaydaların incəliklərini bilmədiyi üçün hakimin səhv etdiyi qənaətində ola bilər. Qarşılaşmanın 39, 77 və 90+3-cü dəqiqələrində hakimin qəbul etdiyi qərar düzgündür. Hakim FİFA oyun qaydalarına uyğun olaraq, addım atıb. “Sumqayıt” – “Araz Naxçıvan” oyununda hakim səhvə yol verməyib.  
 
“1-ci epizodda “Sumqayıt”ın futbolçusu bilərəkdən əl ilə oynamayıb”
 
“Konkret birinci epizoddan danışaq. “Araz Naxçıvan”ın futbolçusu qapıya uzaq məsafədən güclü zərbə endirir. Top futbolçunun dizinə dəydikdən sonra normal vəziyyətdə olan ələ toxunur. Mən sual verirəm: müdafiə olunan komandanın futbolçusu topun qarşısını kəsmək məqsədi ilə əlindən və ya qolundan bilərəkdən istifadə edirmi? Xeyr. “Sumqayıt”ın futbolçusu əlini gizlətməyə çalışır. Belə bir vəziyyətdə penaltidən söhbət gedə bilməz. Futbol oyun qaydalarının 12-ci bəndində qeyd olunur ki, oyunçu bilərəkdən topa əl ilə oynayırsa, penalti təyin olunmalıdır. Bu epizodda isə bilərəkdən edilən hərəkət yoxdur”.
 
“Sumqayıt”ın futbolçusu topu görmür”
 
“İkinci epizod zamanı havada top uğrunda mübarizə gedir.  Sözsüz ki, heç kim havaya əli bədəninə bitişik şəkildə qalxmır. Bu zaman əlin açıq olması normaldır. Müdafiə olunan komandanın üzvünün əlinə topu rəqib futbolçu vurur. “Sumqayıt”ın futbolçusunun arxası rəqibə tərəf olduğu üçün topun hərəkət istiqamətini görmür. Hər ələ dəyən topa görə penalti vermək olmaz. Oyun qaydaları təkmilləşir, oyun qaydalarına əlavə olunur. FİFA bu tip epizodlara çox həssas yanaşır. Konkretləşdirsək, 2-ci epizodda da penaltidən söhbət gedə bilməz”
 
“Qapıçı toxunulmazdır”
 
“Sonuncu epizodla bağlı şərh verərkən onu deyim ki, qapıçı meydançasında qapıçı toxunulmazdır. Bu epizodda isə istər “Araz Naxçıvan”ın bir neçə futbolçusu, istərsə də “Araz Naxçıvan”ın qol vurmaq üçün irəli atılan qapıçısı epizoda müdaxilə edirlər. Epizod məhz “Araz Naxçıvan”ın qapıçısının epizoda müdaxiləsindən başlanır. “Araz Naxçıvan”ın qapıçısı bütün oyunçuları itələməyə meyillidir. Qonaq komandanın futbolçuları məhz “Sumqayıt”ın qapıçısına qarşı kobudluq edərək, topun qapıdan keçməsinə nail olurlar. Sözsüz ki, bu da qol sayıla bilməz. Bu tip epizodlara tez-tez rast gəlinir. “Araz Naxçıvan”ın etirazını normal qarşılayırıq. Amma biz qaydalar çərçivəsində hərəkət edirik”.


oxunma sayı: 293 | Paylaş:




?>