Azərbaycanlı futbolçu Portuqaliya çempionatında debüt etdi
Paylaş:
Portuqaliya çempionatının II liqasında V turun görüşləri keçirilib. Bu tur Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadənin debütü ilə əlamətdar olub.
Lissabonun “Atletiko”sunun şərəfini qoruyan yarımmüdafiəçi komandasının “Trofense” ilə səfər matçında meydana çıxıb. Start heyətində meydana çıxan Amit 28-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 37-ci dəqiqədə əvəzlənib. Bu qarşılaşmada “Atletiko” 0:2 hesabı ilə uduzub.
5 matçdan sonra hesabında 5 xal olan lissabonlular 24 komanda arasında 16-cı pillədə qərarlaşıb.
| Paylaş: