')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Biz vacib iki xal itirdik"

Qurban Qurbanov: "Biz vacib iki xal itirdik"


oxunma sayı: 169 Paylaş:

FutbolPress"Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır. "Bakı"nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bakı” ilə bərabərə qaldıqları oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Qeydə alınan nəticədən narahat olmadığını bildirən baş məşqçi bəzi futbolçulardan narazı olduğunu qeyd edib: “Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq onlara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”.


oxunma sayı: 169 | Paylaş:




?>