')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın rəqibləri: biri darmadağın oldu, 2-si bərabərə qaldı   (YENİLƏNİB)

"Qarabağ"ın rəqibləri: biri darmadağın oldu, 2-si bərabərə qaldı  (YENİLƏNİB)


oxunma sayı: 269 Paylaş:

FutbolPressBu gün "Qarabağ"ın AL-in qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarına çıxıb. 

İlk olaraq Ukrayna çempionatının V turunun oyununda "Dnepr" "Vorskla"nı qəbul edib. İlk 4 turun hamısında qələbə qazanan komandanın uğurlu seriyası qırılıb. Belə ki, kollektiv doğma meydanda heç-heçə ilə kifayətlənib - 1:1.

Daha sonra "İnter" İtaliya A Seriyasının 2014/15 mövsümündə ilk matçına çıxıb. Milan təmsilçisi Turində "Torino"nun qonağı olub. Matçda qol vurulmayıb - 0:0. 

"Köhlən atlar"ın digər rəqibi "Sent-Etyen" isə Fransa Liqasının IV turunda PSJ-nin qonağı olub. Paris təmsilçisi bu oyunda 5:0 hesablı qələbə qazanıb. 

31 avqust
Ukrayna Premyer Liqası. V tur

21:30. "Dnepr" -Vorskla - 1:1 (Video)

Qollar: Barannik, 45 (0:1), Kaliniç, 49 - pen (1:1)

İtaliya A seriyası. I tur 
23:45. "Torino" - "İnter" - 0-0

Fransa Liqası. IV tur
00:00. PSJ - "Sent-Etyen" - 5:0 (Video)
Qollar: 
Ruffiyer, 24 - a.q (1:0), İbrahimoviç, 41 (2:0), 62 (3:0), 72 (5:0), Kavani, 63 (4:0)


oxunma sayı: 269 | Paylaş:




?>