')

Bu gün:


FutbolPress.Az | Qulam Quliyevin təyinatı, XL-in xilası... (?) (YAZI)

Qulam Quliyevin təyinatı, XL-in xilası... (?) (YAZI)


oxunma sayı: 2499 Paylaş:

FutbolPressHəftənin əvvəlində “Xəzər Lənkəran”dan, nəhayət, istefa səsi gəldi. Ancaq uğursuz çıxışda günahlandırılması çətin olan bir vəzifə - komandanın rəisi Səməd Mustafayevdən.

Bu istefadı, ya istefaya göndərilmə; dəqiq bilinmir, ancaq onun klubdan “Palmali”yə, oturaq işə keçəcəyi haqda məlumatımız var.

Hər halda, “kül keçəlin başına, tük keçəlin başına” kimi bir şey...

Ancaq Mustafayevin yerinə təyin olunanın haqqında bir-iki kəlmə fikrimizi sizə çatdırmaq istəyirik.

Qulam Quliyev xeyli vaxtdı XL-da işləyir. O, “Palmali”nin mərkəzi ofisində (İstanbul) ən sadiq və etibarlı kadrlardan sayılan Fidan Quliyevanın qardaşıdır.

Fidan xanımı isə ANS-dən, daha dəqiq, “İç Xəbər” buraxılışından yaxşı tanıyırıq. Onun “Palmali”nin media kurasiyasına nəzarəti uğurla davam edir. İşi ilə faydalı olduğunu göstərən Quliyevanın Mübariz Mənsimovla münasibəti də yüksək səviyyədədir və Mənsimov önəmli qərarlar qəbul edəndə ona qulaq asır...

Qulam Quliyevin komandanın rəisi vəzifəsində işi çətin olmayacaq, çünki klubun təsərrüfat işlərində təcrübəsi yetərincədi.

Bu təyinatın hardan, kim tərəfindən verildiyi naməlumdu, ancaq təqdirəlayiq hal sayıla bilər.

Hər halda, gələcəksə Qulam Quliyevin məsul vəzifəyə təyinatı, məsələn, futbol  yönündə yararsız kadr olan vitse-prezident Tuyqun Nadirovun yerinə təyin olunması belə normal qarşılanar.

Quliyevin təyinatı elə göstərir ki, yaxın gələcəkdə yenidən hansısa idarəçilik islahatları mümkündü. Ancaq bu rəhbərliyin XL-in dirilişini nə qədər istədiyi, təyinatların hardan idarə olunduğu.. bunlar vacib məsələlərdi.

Bilinənsə odu ki, 3 ildir pisə doğru gedən XL-in xilası tək Qulam Quliyevdən asılı deyil və olmayacaq da... XL-in dələduzlardan təmizlənməsi çoxdan lazımlılığını göstərir. Ən azı, "Palmali" imicinə yaraşmayan əskiklərə görə...

Elçin CƏLİLOV


oxunma sayı: 2499 | Paylaş:





?>