')

Bu gün:


FutbolPress.Az | Elvin Əsgərovun komik fiti.. “Simurq”a yazıq (QEYD)

Elvin Əsgərovun komik fiti.. “Simurq”a yazıq (QEYD)


oxunma sayı: 529 Paylaş:

FutbolPressIII turun “Simurq” – “Xəzər Lənkəran” matçı (2:0) hakim səhviylə "fərqlənib". Bunu "Simurq" tərəfi belə fikirləşir. Matçı idarə eləyən Elvin Əsgərov son dəqiqələrdə  ev yiyəsi komandanın əsas oyunçularından olan Draqan Çerana “qırmızı” göstərib.

Səbəb  futbolçunun baş hakimi təhqir eləməsi göstərilir.

Serb futbolçu açıqlamalarında dönə-dönə bildirib ki, oyunu alınmadığına görə özünü danlayırmış. OK, bəs Elvin Əsgəron Draqanın serb dilində dediklərinin ona təhqir olduğunu hardan, necə, nə cür, hansı vasitəylə anladı?

Buna açıqlama gətirməsi vacibdi.

AFFA İntizam Komitəsinin futbolçunu 4 oyunluq sanksiyaya məruz qoymasına qədər hakimlə bu məsələ ciddi araşdırılmalı və aydınlaşmalı idi.

Belə həssas məsələlərdə tələsik qərar qəbul eləmək qurumun ciddiyyətinə kölgə salır.

Və artıq İK-nın da hər dəfə səhv buraxması, deyəsən, “ənənəyə” çevrilir.

“Simurq” tərəfinin cəzanın azaldılması və ya ləğvi üçün şikayətinə nə cavab veriləcəyi maraqla gözlənilir.

"FutbolPress"



oxunma sayı: 529 | Paylaş:




?>