')

Bu gün:


FutbolPress.Az | XL və Tuyqun Nadirov niyə hədəfdədi? (QEYD)

XL və Tuyqun Nadirov niyə hədəfdədi? (QEYD)


oxunma sayı: 809 Paylaş:

FutbolPressBәzi (Bu sözü işlәtmәyi xoşlamasam da - red.) saytların buynuzu uzanıb, deyәsәn.. Elә bilirlәr hiylәlәrindәn heç kәsin başı çıxmaz.

...Düşüblәr "Xəzər Lənkəran"ın üstünә, guya tuyqunqarışıq "yıxıb-sürüyürlәr".

Bilirsiz niyә? 


Bu ceyranların mәqsәdi XL-in dәrdini qabartmaq, problemin hәllinә tәsir elәmәk deyil, tam başqa, hiylәgәr bir gedişdir. Bugünlәrdә XL media ilә reklam müqavilәlәrini yenilәyir. Eşitdiyimizə görə bəziləriylə əməkdaşlığa xitam verilib, bəziləriylə məbləğ azaldılıb; artırılıb və s.

Pulu artırmaq istәyәn media "
sıçovulları" bu mәqamda başlayıblar... Girəvədi.

XL, əslində,  2-3 ildәn çoxdu "xәstәdi" vә aqibәt buna gәlirdi.. gәlәcәkdi. Ki bunu da hәr dәfә yazmışıq.

Yazan müntәzәm yazardı, indi yox. Problemin üstünə mövsümlük, ya da ara-bərə getmək də olur. Ancaq bunlarınkı ayrı nəmənədi...

Bir dә, Mais Mәnsimovun adını belә çәkmәyib, Tuyquna hücum edәnlәr "moşennikdilәr". Ortada media dələduzları var və onları reklam verən klublar da, futbol hakimiyyəti də, həmkarlar da, elə özləri də yaxşı tanıyırlar. Sanki dövran onlarındı..

Bugünlərdə pis nəticələrə düçar olan Lənkəran klubuna sarı tənqidlər artıb. Ancaq onların cüzisi səmimi, peşəkar və ən əsası, obyektivdi. Əksərinin "tütək çaldığını", "reklamımızı artır, yoxsa bundan da betər yazarıq" - işarələri verməkdir məqsədi...

Növbəti məqalələrimizdə "tütək çalanları" adbaad sadalamaq ehtimalı böyükdür.. XL və başda, "Mais məllim, narahat olma, yoluna qoyaram" - deyən Tuyqun Nadirov "zadni"ni işə salıb, onların pulunu artırmasa...

"FutbolPress"


oxunma sayı: 809 | Paylaş:




?>