')

Bu gün:


FutbolPress.Az | "Fənərbağça" Türkiyə Superkubokunu qazandı

"Fənərbağça" Türkiyə Superkubokunu qazandı


oxunma sayı: 658 Paylaş:

FutbolPress

Bu gün Türkiyə superkubokunun oyunu keçirilib.

Həlledici görüşdə son Türkiyə çempionu "Fənərbağça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib.

Manisada keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb - 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Fənərbağça"lı futbolçular superkuboka sahib çıxıblar - 3:2. 

Ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.


Türkiyə Superkuboku 
25 avqust

22:30. "Fənərbağça" - "Qalatasaray" 0:0. Penaltilər - 3:2

Hakim: Mustafa Kamil Abitoğlu
Manisa. 19 may stadionu

PENALTİLƏR SERİYASI:

"Qalatasaray":
 + - - - +

"Fənərbağça": + - - + +

Penaltini dəqiq vuranlar:
 Olcan Adin ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbağça"), Raul Meyreleş ("Fənərbağça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbağça")

Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbağça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbağça"), Yekta Kurtuluş ("Qalatasaray")





oxunma sayı: 658 | Paylaş:




?>