')

Bu gün:


FutbolPress.Az | Cahangir Həsənzadə: "Çempion ola bilərik"

Cahangir Həsənzadə: "Çempion ola bilərik"


oxunma sayı: 541 Paylaş:

FutbolPress

Bu gün  “Xəzər Lənkəran”la bir illik müqavilə imzalayan təcrübəli qapıçı Cahangir Həzənzadə  PFL-in saytına müsahibə verib. Müsahibəni təqdim edirik.


- Bu gün “Xəzər Lənkəran”la bir illik müqavilə imzaladınız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik.

- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq. 

- “Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiniz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa  iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?

- Bəli, mən yenə sözümü deyirəm. Əgər hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və mən razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədir. “Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.

- “Xəzər Lənkəran” karyranızın sonuncu klubu olacaq?

- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.

- “Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdur. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsınızmı?

- Əlbəttə, “Xəzər Lənkəran”da oynamaq iki qat çətindir. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdır. Bəli, cənubda oynamaq çətindir. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ “Xəzər Lənkəran”ın uğur qazanmasıdır.

- “Xəzər Lənkəran”ın mütləq hədəfi çempionluqdur. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdir?

- Azərbaycan Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundur. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.


oxunma sayı: 541 | Paylaş:




?>