')

Bu gün:


FutbolPress.Az | Mircəlal Qasımov: "Yarımmüdafiədə səhvlərə yol verdik"

Mircəlal Qasımov: "Yarımmüdafiədə səhvlərə yol verdik"


oxunma sayı: 111 Paylaş:

FutbolPress

“Hava çox isti idi. Ona görə də ilk hissənin sonunda komanda müdafiəyə çəkildi. Yarımmüdafiədə səhvlərə yol verdik. Topa nəzarət etmək çətin idi. Asiya oyunlarına tam hazır olduğumuzu artıq söyləyə bilərik”. Bunu Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov deyib.

 

Özbəkistanlı çalışdırıcı millimizlə yoldaşlıq oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında  azərbaycanlı futbolçuların texnikalı olması ilə bağlı qarşılaşmadan öncə dediyi fikirində qaldığını bildirib: “Yenə düşünürəm ki, azərbaycanlılar texniki cəhətdən çox güclüdü. Bu yoldaşlıq oyununda ola bilər ki, texnika nümayiş etdirmək mümkün olmasın. Biz başqa ölkədə oynadığımızı hiss etmədik. Çünki bizi azarkeşlərimiz yaxşı dəstəklədi”.

 

Qasımov bildirib ki, qarşılaşma FİFA-nın “pəncərə”sində olmadığı üçün əsas heyət üzvlərini Bakıya gətirməyiblər: “Oyundan öncə saytlarımızdan birində tənqid olunmağım təbiidir. Heç kəs ikinci heyəti görmək istəmir. Bunu təbii qarşılamaq lazımdır”.


oxunma sayı: 111 | Paylaş:




?>