')

Bu gün:


FutbolPress.Az | Berti Foqts: " Gəlin, vətənpərvərliyimizi himnlə göstərməyək"

Berti Foqts: "Gəlin, vətənpərvərliyimizi himnlə göstərməyək"


oxunma sayı: 161 Paylaş:

FutbolPress

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Özbəkistanla keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayıb. Almaniyalı mütəxəssis qolsuz bərabərliklə başa çatan görüşdə futbolçulardan narazı qaldığını bildirib: “Bu oyundan razı qala bilmərəm. Futbolçularda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik”.


 

- Yeni sınadığınız futbolçulardan bəyəndikləriniz oldumu?
- 100 faiz razı qala bilmərəm. Bizim Rusiya ilə də yoxlama görüşümüz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam.

- Dmitri Nazarovu kimin əvəzinə komandaya gətirməyə lüzum görmüsünüz?
- Ona 90 dəqiqə şans verdim. Cəmi 3 məşq keçmişdi. Oyunda onun nəyə qadir olduğunu görmək istəyirdim.


 - Rusiya ilə görüşdə bu heyətdən yararlanacaqsınız, yoxsa “Qarabağ” və “Neftçi”ninfutbolçularına da şans veriləcək?

- Sözsüz ki, “Qarabağ” və “Neftçi” futbolçuları da heyətdə yer alacaq.

 

- “Qarabağ” və “Neftçi”nin futbolçularından ən çox kimin yeri görünürdü?
- Heç kimin. Mən bu günkü heyəti yoxlamaq istəyirdim.

 

- Kiyan Soltanpuru meydana niyə buraxmadınız?

- Çünki əvəzetmə limitimiz bitmişdi. 6 oyunçu əvəzləyə bilərdik. Elnur Allahverdiyevi Emin Nuri zədələndiyi üçün məcburən meydana buraxdıq.

 

- Millidə 4 futbolçudan başqa, himni oxuyan yox idi...
- Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək.


Mənbə: apasport.az

 


oxunma sayı: 161 | Paylaş:




?>