')

Bu gün:


FutbolPress.Az | "Tvente"nin baş məşqçisi: "Bizə ciddi müqavimət göstərəcəklər"

"Tvente"nin baş məşqçisi: "Bizə ciddi müqavimət göstərəcəklər"


oxunma sayı: 76 Paylaş:

FutbolPress

“Bakıda çox gözəl gündü. Bir az həyəcanlıyıq. Bizim həmkarlarımız rəhmətə gedib. Onun hüzrünü saxlayırıq. Buna baxmayaraq, çalışacağıq ki, sabah layiqli oyun göstərək”. Bunu “Tvente”nin baş məşqçisi Alfred Şroyder deyib.


Sabah AL-in pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Tvente” oyunu öncəsi mətbuat konfransı keçirən Şroyder yerli və holland jurnalistlərin suallarını cavablandırıb.

 

41 yaşlı çalışdırıcı əvvəlki “Qarabağ”la indiki arasında fərqləri açıqlayıb: “3 il bundan qabaq da “Qarabağ” güclü komanda idi. Sadəcə, indi daha çox təcrübə toplayıb. Biz bundan bir az narahatıq. Bizə ciddi müqavimət göstərəcəklər. “Qarabağ”ın çoxlu hücumlar edəcəyini gözləyirik. Amma bizdə mərkəzdə Riçard var. Onlar nə qədər hücum etsələr də, biz bir o qədər müqavimət göstərəcəyik. “Qarabağ” bizi məğlub etsə də, bu asan olmayacaq. Rəqibimizə hörmətlə yanaşırıq. Bakıda uduzsaq, Hollandiyada normal qəbul olunacaq”.

 

O, zədəli futbolçuları haqqında bunları deyib: “Cəmi bir zədəlimiz var ki, bu da kapitanımızdı”.

Baş məşqçi “Qarabağ”ın Ağdamı təmsil etməsi haqqında bunları deyib: “Bilirik ki, “Qarabağ” Bakının yox, Ağdamın komandasıdı. Onların Bakıda niyə oynadıqlarından da xəbərimiz var”.


oxunma sayı: 76 | Paylaş:




?>