')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Tanış komanda ilə oynayacağıq"

Qurban Qurbanov: "Tanış komanda ilə oynayacağıq"


oxunma sayı: 93 Paylaş:

FutbolPress“Tanış bir komandaya qarşı oynayacağıq. Komandada çox dəyişikliklər var. Onların son oyunlarını izləmişik”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ” sabah AL-in ilk matçında “Tvente” ilə qarşılaşacaq. Bu görüşdən öncə Qurban Qurbanov mətbuat konfransı keçirib.

Qurbanov oyun haqda bunları deyib: “Çalışmalıyıq ki, daha az səhv edək və şanslarımızdan maksimum yararlanaq. Maksim Medvedevin durumu hələ bilinmir. Sabah buna aydınlıq gələcək. “Tvente”nin o vaxtkından zəif olması ilə bağlı səslənən fikirlər sizi yanıltmasın. Sadəcə, komandanın fəlsəfəsi dəyişib. İndi tam başqa sistemdə oynayırlar. Ümumiyyətlə, Avropada zəif komanda axtarmaq lazım deyil. Çünki burda komandalar daim inkişaf edir. Biz sadəcə rəqibi daha yaxşı analiz etməliyik. O vaxtkı “Qarabağ”da cəmi 1 legionerimiz – Admir Teli vardı. Qalanları gənc yerli futbolçular idi. İndi isə təcrübəli legionerlərimiz var”.

O, “Tvente”yə qarşı “Zalsburq”la oyunlarda olduğu kimi çıxış etməyəcəklərini bildirib: “Bundan əvvəlki oyunlarda aqressivik lazım idi. “Zalsburq”la matç belə olmağımızı tələb edirdi. Ancaq “Tvente” topla daha çox rəftar etməyi xoşlayır. Ona görə də bu komandaya qarşı bir qədər fərqli oynamalıyıq”.

Qurbanov meydançanın durumundan razı qalmayıb: “Açığı, meydançanın durumundan razı qalmadım. Amma hər iki komanda üçün eyni durum olacaq. Meydançanı daha yaxşı hazırlamaq olardı”.

O, “Qarabağ”ın hollandiyalı idman direktoru Con van Loendən “Tvente” haqqında heç bir məlumat almadığını da nəzərimizə çatdırdı: “Ondan kömək istəməyim düzgün olmazdı. Van Loendən heç bir şey soruşmadım. Rəqib haqqında o qədər məlumat toplamaq üçün vasitə var ki, idman direktorumuzdan nəsə öyrənməyi düzgün saymadım. Mən də hansısa xarici ölkədə işləsəm, doğma ölkəmin komandası haqqında məlumat verməməyə çalışaram. Bu üzdən ona müraciət etməyə ehtiyac duymadıq”.


oxunma sayı: 93 | Paylaş:




?>