')

Bu gün:


FutbolPress.Az | Böyükağa Hacıyev mətbuat konfransı keçirəcək

Böyükağa Hacıyev mətbuat konfransı keçirəcək


oxunma sayı: 179 Paylaş:

FutbolPress

AL-in pley-off mərhələsinin ilk oyununda səfərdə "Partizan"la qarşılaşacaq "Neftçi" hazırlıqlarını Serbiyada davam etdirir. 
 
"Ağ-qarala" paytaxt Belqradda ilk məşqini keçirib. 
 
Komanda “Srvena Zvezda”ya məxsus stadionda hazırlıq keçib. Bu günə planlaşdırılan matç öncəsi son hazırlıq isə qarşılaşmanın baş tutacağı arenada gerçəkləşəcək.
 
“Neftçi” “Partizan” stadionuna saat 23:00-da çıxacaq. Bundan yarım saat əvvəl isə komandanın baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı təşkil olunacaq. Mütəxəssis yerli media nümayəndələrinin suallarını cavablandıracaq.
 
“Partizan” – “Neftçi” oyunu Bakı vaxtı ilə sabah saat 23:15-də başlayacaq.
 
Mənbə: neftchipfk.com


oxunma sayı: 179 | Paylaş:




?>