')

Bu gün:


FutbolPress.Az | Kanalesdən şad xəbər

Kanalesdən şad xəbər


oxunma sayı: 155 Paylaş:

FutbolPress"Neftçi"yə geri dönən çilili forvard Nikolas Kanaleslə bağlı şad xəbər gəlib. 

Bu barədə "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Qurum rəhbərinin sözlərinə görə, forvard sabah AL-in pley-off mərhələsində keçiriləcək "Partizan"a qarşı ilk oyunda iştirak edə bilər. Artıq Çili Futbol Federasiyası hücumçunun transfer vərəqəsini kluba göndərib. 

Bununla, Kanalesin "ağ-qaralar"ın heyətində meydana çıxması üçün heç bir problem qalmayıb. Baş məşqçi Böyükağa Hacıyev oyunçuya şans verərsə, o, komandasına kömək edə biləcək. 

Çili Futbol Federasiyası Kanalesin transfer vərəqəsini yubatdığı üçün paytaxt klubu transferi rəsmiləşdirməkdə çətinlik çəkirdi.


oxunma sayı: 155 | Paylaş:




?>