')

Bu gün:


FutbolPress.Az | "Simurq"un futbolçusu "Neftçi" ilə oyunda "Partizan"ı dəstəkləyəcək

"Simurq"un futbolçusu "Neftçi" ilə oyunda "Partizan"ı dəstəkləyəcək


oxunma sayı: 579 Paylaş:

FutbolPress

“Azərbaycan çempionatı inkişaf edib. Burda futbola böyük sərmayələr qoyulur”. Bunu “Simurq”un yeni transferi Marko Stanoyeviç deyib.

Zaqatala təmsilçisinin “Şerif”dən (Moldova) icarəyə götürdüyü serbiyalı futbolçu Azərbaycan Premyer Liqasını tərifləyib.

Onun sözlərinəə görə, Azərbaycan çempionatı Serbiya Superliqasından daha səviyyəlidi: “Azərbaycanın bütün klublarını hələ tanımıram. Amma komanda yoldaşlarımdan həmin klubların qibtə ediləsi büdcələrinin olduğunu öyrənmişəm”.

26 yaşlı yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsində “Partizan” və “Neftçi” arasında keçiriləcək görüşlərdən də danışıb: “Neftçi” çempionatın ilk matçında “Araz-Naxçıvan”a 0:3 hesabı ilə uduzdu. Ancaq Bakı klubunun baş məşqçisi bunu onunla əsaslandırdı ki, əsas heyət üzvlərini “Partizan”la qarşılaşmaya görə meydana buraxmayıb. Bu səbəbdən həmin məğlubiyyət böyük əhəmiyyət kəsb etmir. “Partizan”la görüşlə bağlı burda geniş müzakirələr aparılır, ancaq Serbiyadakı kimi gərginlik yoxdu”.

“Partizan”ın əzəli rəqibi “Srvena Zvezda”nın yetirməsi olmasına baxmayaraq, Marko və “Simurq”dakı komanda yoldaşı Draqan Çeran Serbiya klubu üçün “casus” rolunda çıxış edəcəklərinə də söz verib: “Neftçi” Azərbaycanın ən böyük klublarından biridi. “Partizan”a asan olmayacaq. Baxmayaraq ki, “Partizan” əzəli rəqibimiz olub, ancaq biz bu komandaya “Neftçi” haqqında məlumat toplamaqda kömək edəcəyik”.

Marko Stanoyeviç 2 dəfə “Şerif”lə Moldova çempionu, 1 dəfə isə həmin ölkənin Superkubokunu qazanıb.

Mənbə: apasport.az


oxunma sayı: 579 | Paylaş:




?>