')

Bu gün:


FutbolPress.Az | Cavid Hüseynov 87-ci oldu

Cavid Hüseynov 87-ci oldu


oxunma sayı: 132 Paylaş:

FutbolPress

Topaz Premyer Liqasının II turunun "Qəbələ" - "Araz Naxçıvan" matçında yeganə qola imza ataraq komandasına mövsümün ilk qələbəsini qazandıran Cavid Hüseynov klub karyerasında da ilklə yadda qalıb. Yarımmüdafiəçi “Qəbələ”də qol hesabını açıb. O, qırmızı-qara formada fərqlənən 87-ci oyunçu kimi tarixə düşüb. 
 
Matçın ardından təəssüratlarını bölüşən futbolçu qol vurduğuna görə sevindiyini bildirib. Cavid penaltinin niyə məhz ona həvalə olunmasına da aydınlıq gətirib:
 
“Qəbələ”də qol hesabımı açdığıma görə çox sevinirəm. Hər halda, bu, eyni zamanda komandamızın cari mövsümdə ilk qolu və bu qolla gələn ilk qələbəsi idi. Çempionatda startımız uğursuz olduğundan , bizə bu 3 xal vacib idi. İlk ev oyunumuzda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirdik. Penaltini yerinə yetirmək mənə həvalə olunmuşdu. 11 metrlik cərimə zərbələrimi dəqiq vurmaqda özümə güvənirəm. Bunu baş məşqçimizə söylədim. O da mənə dedi ki, inamın varsa, zərbəni vurarsan. Sevinirəm ki, etimadı doğrultdum. Mənim üçün penaltini qola çevirmək problem deyil. Təsadüfi deyil ki, 11 metrlik zərbələrim həmişə dəqiq olub".  
 
Çempionatın növbəti turunda keçiriləcək "Bakı" - "Qəbələ" matçı haqda fikirlərini açıqlayan yarımmüdafiəçi keçmiş komandasının hazırkı durumunu dəyərləndirib. O, meydançaya yalnız qələbə üçün çıxacaqlarını da sözlərinə əlavə edib:
 
"Növbəti turda keçmiş komandam "Bakı" ilə qarşılaşacağıq. "Bakı" həmişə iddialı komandalar sırasında olub. Bu mövsüm müəyyən çətinliklər yaşadılar. Amma inanıram ki, bu problemləri arxada qoyub yenidən güclü kollektiv formalaşdıracaqlar. "Qəbələ"nin bu matçda yeganə hədəfi var: qələbə qazanmaq. İnanıram ki, istəyimizi nail olub məqsədimizə doğru addım atacağıq".

Mənbə: gabala.az


oxunma sayı: 132 | Paylaş:




?>