')

Bu gün:


FutbolPress.Az | "Zenit"  və "Portu"  qalib gəldi , BATE heç-heçə oynadı  (YENİLƏNİB)

"Zenit" və "Portu" qalib gəldi, BATE heç-heçə oynadı (YENİLƏNİB)


oxunma sayı: 225 Paylaş:

FutbolPressDünən start götürən ÇL-in pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə 5 qarşılaşma keçirilib. 


Post Sovet təmsilçiləri səfərdə mübarizəyə başlayıb. Rusiya "Zenit"i Belçikada "Standart" minimal hesabla üstələyib - 0:1. Belarus BATE-si isə Slovakiyada "Slovan"ın müqavimətini qıra bilməyib - 1:1. Gecənin digər maraqla gözlənilən matçı Fransada baş tutub. "Lill" - "Portu" oyunundan qonaqlar qalib ayrılıblar - 0:1.

Digər görüşlərdə "Olborq" APOEL-lə, "Maribor" isə  "Seltik"lə sülh bağlayıb. 

Komandalar arasında cavab oyunları bir həftə sonra oynanılacaq. 



Çempionlar Liqası, pley-off mərhələsi. İlk oyunlar
20 avqust


23:45. "Olborq" (Danimarka) -  APOEL (Kipr) - 1:1
Qol: Nikolay Tomsen, 16 (1:0), Vinisius, 54 (1:1)

23:45. "Lill" (Fransa) - "Portu" (Portuqaliya) - 0:1
Qol: 
Ektor Errera, 61 (0:1)

23:45. "Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Kallum Makqreqor, 6 (0:1), Domian Bohar, 14 (1:1)

23:45. "Slovan" (Slovakiya) - BATE (Belarus) - 1:1
Qol: 
Tomaş Yablonski, 44-avtoqol (0:1), Robert Vittek, 80 (1:1)

23:45. "Standart" (Belçika) - "Zenit" (Rusiya) - 0:1
Qol: Oleq Şatov, 17 (0:1)


oxunma sayı: 225 | Paylaş:




?>