')

Bu gün:


FutbolPress.Az | Azərbaycan - Özbəkistan oyununda qolsuz bərabərlik

Azərbaycan - Özbəkistan oyununda qolsuz bərabərlik


oxunma sayı: 298 Paylaş:

FutbolPress

Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb. Milli yoldaşlıq matçında Özbəkistanla üz-üzə gəlib. 
 

Buna qədər komandalar  9 dəfə qarşılaşmışdı. 10-cu - yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi vardı. Özbəkistan yığması "ay ulduzlular"ı iki dəfə üstələyə bilmişdi. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk etmişdilər.

 

Yoxlama oyunlarında qarşılaşmış komandaların oyunlarında bu oyunadək bütövlükdə 21 qol vurulub ki, bunlardan 11-i Azərbaycan yığmasının aktivindəydi. Qalan 10 qolu isə özbəklər vurmuşdular.

 

Bu oyunda isə tərəflər çox çalışsa da, qapıya yol tapa bilmədilər və qarşılaşma sülhlə başa çatdı.


 

Yoldaşlıq görüşü

21:00. AZƏRBAYCAN – ÖZBƏKİSTAN - 0:0
Hakimlər: George Vadaçkoria, Levan Varamişvili, Levan Todria (hamısı Gürcüstan), Ömər Paşayev (Azərbaycan)
“Bakcell Arena”

 

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 20. Ufuk Budak, 19. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev, 10. Rüfət Dadaşov, 26. Toğrul Erat, 13. Dmitri Nazarov.

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 2. Emin Cəfərquliyev, 25. İlkin Qırtımov, 21. Əli Gökdəmir, 28. Emin Nuri, 8. Məhəmməd Mirzəbəyov, 6. Taşkın İlter, 24. Abdulla Abasıyev, 16. Cavid Hüseynov, 22. Əfran İsmayılov, 9. Cihan Özkara, 27. Kiyan Sultanpur.

 

Özbəkistan: 1. Eldorbek Suyunov, 2. Eqor Krimets, 20. İslam Tuxtaxujayev (k), 17. Səlim Mustofayev, 13. Davron Haşimov, 9. Sardar Raşidov, 7. Fazil Musayev, 10. Camşid İsgandarov, 14. Vladimir Kozak, 11. Novruz Alimov, 6. İvan Naqayev.
Ehtiyat oyunçular: 21. Nikita Rıbkin, 4. Bobur Yuldoşev, 5. Dilşad Jurayev, 8. Azim Axmedov, 15. Şahzodbek Nurmetov, 16. Pavel Smolyaçenko, 18. İqor Seqeyev, 22. Fərrux Seyfiyev, 23. Şerzod Feyziyev.


oxunma sayı: 298 | Paylaş:




?>