Söyüşə görə 2500 manat cərimə və 5 oyunluq cəza
Paylaş:
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Toplantıda Topaz Premyer Liqasının II turunda baş verən qayda pozuntuları müzakirə olunub. Komitə üzvləri müzakirələrdən sonra müvafiq qərarlar çıxarıb.
Tədbirdə "Sumqayıt"la matçda son ümid foluna görə qırmızı vərəqə alan "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlıya 1 oyunluq cəza verilib. Futbolçunun klubu isə 200 manat cərimələnib.
Komitə əvəzedicilərin çempionatında baş verən hadisələri də araşdırıb. II turda "Xəzər Lənkəran"la matçda hakimi təhqir edən "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov 5 oyunluq cəzalanıb. Məşqçi klubunu da 2500 manat ziyana salıb.
AZAL-la oyununda 5 oyunçusu sarı vərəqə "Simurq" əvəzedicilərinə görə 500 manat xərcə düşüb. "Qəbələ"nin əvəzedici heyətin üzvü Luis Paulo Hilaro "Araz Naxçıvan"la oyunda rəqibi təhqir etdiyi üçün 3 oyunluq yaşıl meydanlardan kənarlaşdırılıb, klubu isə 1000 manat cərimələnib.
| Paylaş: