')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" yubileylə uğursuzluğa son qoydu

"Qəbələ" yubileylə uğursuzluğa son qoydu


oxunma sayı: 192 Paylaş:

FutbolPress

Topaz Premyer Liqasının II turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” uğursuz seriyaya son qoyub. Son 4 oyunda qələbə qazana bilməyən “qırmızı-qaralar” mayın 17-də “Sumqayıt”la görüşdən sonra ilk dəfə qalib gəlib.

 

Komanda 3:1 hesablı qələbədən 92 gün sonra 3 xal əldə edib. Son 3 oyunda qol vurmadan uduzan “Qəbələ” 339 dəqiqəlik qolsuzluğa son qoyub. Mayın 22-də keçirilən Azərbaycan kubokunun finalından sonra (1:1) komanda 87 gün idi fərqlənmirdi. Bu qol və qələbə baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında ilklər olub.

 

Mövsümün ilk qələbəsi həm də yubiley xarakteri daşıyıb. “Qəbələ” tarixində 80-ci ev qələbəsini qazanıb. Bu da 157-ci görüşdə qeydə alınıb. Komanda Premyer Liqada 56, Azərbaycan kubokunda 11, I dəstədə 13 dəfə öz meydanında qalib gəlməyi bacarıb.

 

Daha bir ilkə Cavid Hüseynov imza atıb. Yarımmüdafiəçi “Qəbələ”də ilk qolunu vurub. O, qırmızı-qara formada qol vuran 87-ci oyunçudur. Hüseynov Premyer Liqada bunu bacaran klubun 66-cı futbolçu kimi tarixə düşüb. Hüseynov klub tarixində 45-ci penalti zərbəsini yerinə yetirib. Bunlardan 33-ü qolla nəticələnib.

 

Markinyos isə karyerasında ilk dəfə “Qəbələ” formasında rəsmi matça çıxıb. Bu oyunadək 177 futbolçu “qırmızı-qaralar”ın formasını geymişdisə, braziliyalı bu siyahıda 178-ci oldu. O, milliləşənlər də daxil olmaqla 84-cü legionerdir. Bu əcnəbilər 31 ölkəni təmsil edir. Markinyos klub tarixində 11-ci braziliyalı olub: Braziliya – 11, Gürcüstan - 9, Rusiya - 7, Serbiya, Ukrayna, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1. 

 

Ürfan Abbasov da bu matçda yubiley qeyd edib. “Qəbələ”də 70-ci rəsmi matçına çıxan müdafiəçi buna nail olan 10-cu futbolçu kimi tarixə düşüb.



Mənbə: gabalafc.az


oxunma sayı: 192 | Paylaş:




?>