')

Bu gün:


FutbolPress.Az | "Beşiktaş" və "Napoli" heç-heçə etdi, "Zalsburq" qələbə qazandı   (YENİLƏNİB)

"Beşiktaş" və "Napoli" heç-heçə etdi, "Zalsburq" qələbə qazandı  (YENİLƏNİB)


oxunma sayı: 294 Paylaş:

FutbolPress

ÇL-in pley-off mərhələsində ilk oyunlar keçirilib. Qrup mərhələsinə iddialı 20 komandadan 10-u bu gecə meydana çıxıb.

 

“Qarabağ”ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” “Malmö” ilə görüşdən də qalib ayrılıb. “Styaua” isə öz meydanında “Ludoqorets”i son dəqiqələrdə vurulan qolla məğlub edib.

 

Gecənin ən maraqlı qarşılaşması olan “Kopenhagen”  - “Bayer” matçında qapılara 5 top vurulub. Oyunda bütün qollar ilk yarıda qeydə alınıb.

 

“Böyük beşlik” çempionatlarının iki təmsilçisi – “Napoli” və “Atletik” arasında Neapolda baş tutan görüş heç-heçə yekunlaşıb - 1:1.

“Beşiktaş”ın “Arsenal”la qarşılaşmasında tablodakı sıfırlar dəyişməz qalıb. London təmsilçisinin 10 nəfərlə qalmasına baxmayaraq, “Beşiktaş” qələbə qolunu vura bilməyib. 


Çempionlar Liqası, pley-off mərhələsi

19 avqust

 

23:45. "Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 0:0

23:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:3
Qollar: Yorgensen, 10; Amarte, 13 / Kisslinq, 5; Bellarabi, 22; Son Heunq-Min, 42

23:45. "Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya) - 1:1
Qol: İquain, 68 / Munianin, 41

23:45. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) - 2:1
Qol: Şimer, 15; Soriano, 54 / Forsberq, 90

23:45. "Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: Kibçu, 89
 

Mərhələnin digər 5 oyunu sabah keçiriləcək.


oxunma sayı: 294 | Paylaş:




?>