')

Bu gün:


FutbolPress.Az | Əsgər Abdullayev: "General olmaq istəməyən əsgər pis əsgərdir" (MÜSAHİBƏ)

Əsgər Abdullayev: "General olmaq istəməyən əsgər pis əsgərdir" (MÜSAHİBƏ)


oxunma sayı: 1071 Paylaş:

FutbolPressAraz Naxçıvan klubunun baş məşqçisi Əsgər Abdullayev futbolpress.az-a müsahibə verib. Təcrübəli mütəxxəsis yeni mövsümdəki hədəflərindən, komandanın hazırlıqlarından danışıb və "Qarabağ"la Neftçi"nin pley-offda şanslarını dəyərləndirib. 


Yeni mövsümdə "Araz Naxçıvan"ın hədəfi nədir? 

- Naxçıvanda futbol inkişaf edir. Çempionatda normal çıxış etməyə çalışacağıq. Mövsümdə hədəfimiz bacardığımız qədər yaxşı mövqe tutmaqdır. Əsas məqsədimiz milli komandaya güclü futbolçu yetişdirməkdir. 

Medallara iddianız varmı?

- Kim medal qazanmaq istəməz ki? General olmaq istəməyən əsgər, pis əsgərdir. Hər bir komandanın məqsədi uğurlar qazanmaqdır.

Mövsümünə hazırlaşanda heyət və toplanış planlarınızın hamısını gerçəkləşdirə bildinizmi?

- Mövsümə hazırlıq planlarımız demək olar ki, normal getdi. Əsasən yerli futbolçulardan ibarət komanda yığmışıq. İstədiyimiz bəzi transferləri reallaşdıra bilmədik. 

Transfer müddətinin bağlanmasına bir neçə gün vaxt var. Hansısa oyunçu almaq fikriniz varmı? Hansı mövqedə oyunçu almaq istərdiniz?

- Bəli, belə bir fikrimiz var. Komandanın müdafiəsində və hücumunda problemlər var. Yaxın günlərdə bir müdafiəçi transfer edəcəyik.  Hücum xəttini bir oyunçu ilə gücləndirmək istəyirik.

Qəbələdəki məğlubiyyət səbəbləri nə idi?

- Komandam pis oynamadı. İmkanlarımız oldu, təəssüf ki, yararlana bilmədik. Təbii ki, mən oyundan tam razı qala bilmərəm. Amma sonadək mübarizə apardığına görə kollektivi alqışlayıram. Növbəti oyunlarda yaxşı oynayıb xallar qazanmağa çalışacağıq.

İlk turda Azərbaycanı avrokuboklarda təmsil edən “Neftçi”ni məğlub etdiniz. II turda isə “Qəbələ”yə məğlub oldunuz. Növbəti turda isə AL-in pley-offunda oynayan “Qarabağ”la qarşılaşacasınız. Oyun haqda nə fikirləşirsiniz?

- Komandalara hörmətlə yanaşıram. I turda yaxşı oynadıq, qəlbə qazandıq. “Qəbələ” ilə oyunumuz alınmadı. “Qarabağ” çox güclü komandadır. Yaxşı legionerləri var. Hər komanda üçün bu cür kollektivlə mübarizə aparmaq böyük təcrübədir. Matça yaxşı hazırlaşmalıyıq. Öz oyunumuzu oynayıb xal qazanmağa çalışacayıq. İstəyirik ki, azarkeşlərimizi sevindirək.

“Qarabağ” və “Neftçi”nin pley-off-dakı şanlarını necə dəyərləndirərdiniz?

- Çox istərdik ki, “Qarabağ” növbəti mərhələyə adlasın. Rəqib çox güclüdür, amma məğlub edilməz deyil. “Neftçi” demək olar ki, eyni gücdə komanda ilə mübarizə aparacaq. Hər iki komandanın AL-in qrupuna düşmək şansları var. Onlara uğurlar arzulayıram. 


oxunma sayı: 1071 | Paylaş:




?>