')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayevin uğurlu yolu davam edir...

Əliyar Ağayevin uğurlu yolu davam edir...


oxunma sayı: 692 Paylaş:

FutbolPressAvropa Liqasının III təsnifat mərhələsinin “Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya) (4:2) matçını idarə edən azərbaycanlı referi Əliyar Ağayevin idarəçiliyinə erməni hakim-inspektor Karen Nalbandyan qiymət verəcəkdi.
Sizə bildirmişdik ki, "FutbolPress" onun Əliyara verəcəyi qiyməti açıqlayacaq. Beləliklə, 8.4
Bu, kifayət qədər yaxşı qiymət sayılır. Bizim əldə etdiyimiz məlumata görə, ev yiyəsi klubun Əliyar barədə UEFA-ya şikayəti də səhəri gün narazı qaldıqları epizodlara təkrar baxarkən ləğv olunub.
Beləliklə, perspektiv vəd eləyən gənc azərbaycanlı hakimin uğurlu yolu davam edir...


oxunma sayı: 692 | Paylaş:




?>