')

Bu gün:


FutbolPress.Az | Ələkbər Məmmədovun ölümünə... (Yeni)

Ələkbər Məmmədovun ölümünə... (Yeni)


oxunma sayı: 749 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Әlәkbәr Mәmmәdov heç vaxt lazım olanları danışmayan futbol veteranlarının arasında әn mәşhuru idi..
Ölüb. "Üçü" dә susqunluqda çıxıb adamın. Meyidi evindә tapılıb. Azәrbaycan futbolunun faciәsidi bu..
Futbol veteranlarının ölümü dә sükunәtdә, susmaqla keçir.

84 il yaşayan Azərbaycanın ən bərk sağ ayağının ölüm “ssenarisi” “Neftyanik”i Moskvaya dəyişməyən Banişevskinki ilə oxşar oldu.

Banişevski alkoqola qurban getdi, Məmmədov isə əməlli-başlı futbol məmuru idi. Yəni əslində mənəvi  müqayisə sərxoşluq yaradacaq dərəcədədi.


                                                 ***             ***               ***

Onlardan ölənlər ölüb, qalanlarsa.. hələ də susurlar. Onlar susmamalıydılar. Çünki ən lazımlı şey onların susmamasıdı. 

Daoizmdə ölüm varlıqla yoxluq arasında ensiz, qısa zolaqdı. Ancaq bir futbol veteranıma bu fəlsəfədən məqamlar əxs etməyim gəlmir...

...Bilirsiz, Azərbaycan futbolunun elə bərbad futbol veteranları var (olub) ki, ürəyindən keçən  ürəkli bir yazı həsr eləmək istəsən belə, sağlığında susqunluğuyla elədikləri yazdığın cümlələrə heyfslənmək hissi yaradacaq səndə - yazmırsan...

Ələkbər Məmmədov meyidi ortada 3 gün qalıb... Siz özünüzü belə öldürməyin, Azərbaycan futbolunun veteranları...

Yazarın bütün yazıları

oxunma sayı: 749 | Paylaş:





?>