Əliyar Ağayevin idarəçiliyi şikayətə səbəb olub, Xaqani Məmmədov isə əksini bildirir
Paylaş:
Avropa Liqasının III təsnifat mərhələsinin “Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya) (4:2) matçını idarə edən azərbaycanlı referi Əliyar Ağayevin hakimliyi etiraza səbəb olub.
Ağayev meydan sahiblərinin 5 futbolçusuna sarı vərəqə göstərib. 78-ci dəqiqədə isə "Şaxtyor"un qapısına penalti təyin edib. Hətta bu ərəfələrdə oyunun bərpası bir neçə dəqiqəlik yubanıb.
Oyundan sonra “Şaxtyor”un baş məşqçisi Viktor Kumıkov Ağayev haqda sərt danışıb: "Mən belə biabırçı hakimlik görməmişdim. Onun idarəçiliyi meydanda çaxnaşmaya səbəb oldu. Karyeram ərzində belə biabırçı hakimlik görməmişdim. Hətta Çexiyada bizi sıxanda da bu cür olmamışdı".
Bildirək ki, "Şaxtyor" Ağayevin idarəçilyi ilə bağlı UEFA-ya şikayət məktubu göndərib.
"FutbolPress" AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan məsələylə bağlı vəziyyəti öyrənib: "Oyundan dərhal sonra Əliyarla telefon danışığım olub. Bəli, gərgin matç olub, ancaq Əliyarın idarəçiliyində şişirdiləcək qədər qüsur olmayıb. Özündən də soruşdum, hər şeyin qaydasında olduğunu bildirdi".
Xatırladaq ki, Ağayevin hakim-inspektoru erməni Karen Nalbandyan olub. Onun həmyerlimizin idarəçiliyinə verəcəyi qiyməti saytımızdan oxuya bilərsiz.
| Paylaş: