')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov erməni inspektor haqda nələr dedi (AÇIQLAMA)

Xaqani Məmmədov erməni inspektor haqda nələr dedi (AÇIQLAMA)


oxunma sayı: 421 Paylaş:

FutbolPressAzərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb. Perspektivli referinin başçılıq elədiyi briqada Avropa Liqasının III təsnifat mərhələsində Qazaxıstanda baş tutacaq “Şaxtyor” (Qazaxıstan) – “Hayduk” (Xorvatiya) oyununu idarə edəcək.

Maraqlı məqam isə budu ki, oyunun hakim-inspektoru ermənistanlı Karen Nalbandyan təyin olunub. Hakim-inspektor o deməkdi ki, Əliyarın matçdakı idarəçilik səviyyəsinə qiymət verəcək.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bu məqamla bağlı söhbət elədik. O, "FutbolPress"ə hər şeyin qaydalar çərçivəsində olduğunu və bunu normal vəziyyət kimi qarşıladıqlarını dedi:

- Erməni hakim-inspektorun təyinatı açıqlananda Əliyar bir az təəccüblənsə də, mənə adi hal kimi göründü. Burda şişirdiləcək bir şey yoxdu. UEFA futbolda siyasəti nəzərə almır. 

- Bəli, siyasətlə futbol qarışdırılmır, ancaq elə məqamlar var ki,  ali futbol qurumlar siyasi situasiyanı  nəzərə alıb qərar qəbul edir. Məsələn, Ermənistanla Azərbaycan yığması eyni qrupda oynaya bilməz və s. Sizdən soruşmaq istədiyimiz odu ki, Əliyarın Avropada yeni addımları və getdikcə irəliləməsi və s. məqamlar və erməni inspektor...?

- Narahatlığa ehtiyac yoxdu. Nə demək istədiyinizi bildim. Mən o hakim-inspektorla çoxdan tanışam. Biz, demək olar, hakimlikdə eyni nəslin nümayəndələri olmuşuq. İldə bir də tədbirlərdə görüşmək imkanımız da olur. O, Əliyar Ağayev haqda məlumatlıdı. Bilir ki, UEFA-nın Əliyarın perspektivinə böyük ümid bəslədiyi hər tədbirdə vurğulanır. Hətta bundan əvvəlki Əliyarın moldovalı  hakim-inspektoru onun idarəçiliyini yüksək qiymətləndirmiş və onun  UEFA-nın diqqət mərkəzindəö olduğunu bildirmişdi. Əliyar yaxşı idarəçilik eləyəcəksə, erməni hakim-inspektorun ona verəcəyi balda qərəz göstərəcəyinə qətiyyən inanmıram. Hər şey yaxşı olacaq. Əliyar tutduğu yolda doğru addımlayır və getdikcə yaxşı təcrübə toplayır.  Oyundan sonra balı açıqlayacam sizə.


oxunma sayı: 421 | Paylaş:




?>