Suarez arbitraj məhkəməsinə çağırılıb
Paylaş:
Lozannada yerləşən İdman Arbitraj Məhkəməsi (CAS) Luis Suarezlin 4 aylıq cəzası ilə bağlı apellyasiya şikayətinə baxacaq.
Avqustun 8-də keçiriləcək iclasda ifadə vermək üçün hücumçun özü də dəvət olunub. Suarez məhkəməyə vəkillərin müşayəti ilə gedəcək. İclasda oyunçunun cəzasının azaldılacağı güman olunur.
Luis Suares DÇ-nın Uruqvay - İtaliya oyununda rəqib müdafiəçi Corco Kyellinini dişlədiyi üçün cəzaya məruz qalmışdır.
| Paylaş: