')

Bu gün:


FutbolPress.Az | Tuncay Şanlı Qətərə getdi

Tuncay Şanlı Qətərə getdi


oxunma sayı: 202 Paylaş:

FutbolPressTürkiyə futbolunun canlı əfsanəsi Tuncay Şanlı özünə yeni komanda tapıb. Oyunçu karyerasını Qətərdə davam etdirəcək. 

Türkiyə millisinin və "Fənərbaxça" klubunun keçmiş ulduzu həmyerlisi Bülənt Uyğunun çalışdırdığı "Umm Salal" klubuna transfer olunub. Qətər klubu oyunçu ilə 1 illik müqavilə imzalayıb. Ötən mövsüm "Bursaspor"da çıxış edən Şanlı bir müddət idi ki, klubsuz qalmışdı. 

5 illik “Fənərbaxça”da top qovan Tuncay, ardından İngiltərənin “Midlsbro”, “Stok Siti”, “Bolton”,  Almaniyanın “Volfsburq” kimi klublarının da formasını geyinib. 


oxunma sayı: 202 | Paylaş:




?>