Azərbaycanlı hakimlər Avropa Liqasında
Paylaş:
Bu gün Avropa Liqasının III təsnifat mərhələsi start götürür. Oyunları idarə edən hakimlər arasında azərbaycalı fit sahiblərinin də adı var.
Təyinatın sahibləri beynəlxalq hakim-inspektor Asim Xudiyev və FİFA referisi Əliyar Ağayevdir. Ağayev Macarıstanda keçiriləcək “Dioşdyor” (Macarıstan) - “Krasnodar” (Rusiya) matçının hakim-inspektoru funksiyasını yerinə yetirəcək. Ağayev isə “Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya) qarşılaşmasında əsas söz sahibi olacaq. FİFA referimizin günün ilk oyununda səsləndirəcək fiti ilə AL-nın III təsnifat mərhələsi start götürəcək.
| Paylaş: