')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! Süleymanovun “Neftçi”dəki taleyi Sadıqovun  aqibətindən asılı

EKSKLÜZİV! Süleymanovun “Neftçi”dəki taleyi Sadıqovun  aqibətindən asılı


oxunma sayı: 230 Paylaş:

FutbolPress“Neftçi” Avropa Liqasında debüt matçında evdə  “Koper”ə (Sloveniya) uduzandan sonra  istefa bumu yenidən fəallaşmağa başladı. Kulubun vitse-prezidenti Tahir Süleymanov konkret istefa verdiyini, baş məşqçi Böyükağa Haciyev isə səfərdə məğlub olacaqları təqdirdə vəzifəsini tərk edəcəyini bildirmişdi.

Mərhələni səfər qələbəsiylə adlayan “ağ-qaralar”da baş məşqçi istefası olmadı. Ancaq Süleymanovun istefası barədə məsələyə hələ də rəsmi açıqlama gəlməyib.

Klub saytında açıqlanmayan, yalnız mediada dolaşan anoloji məlumatların inkişafını izləyəcəyimizi bildirmişdik. “FutbolPress”in öyrəndiyi məlumata görə, “Neftçi” rəhbərliyi uğrunda başqa qüvvəylə hazırkı prezident Sadıq Sadıqov arasında kulisdə mübarizə  gedir.

“Neftçi”yə ayrılan büdcənin azaldılması və s. sanksiyalara nail olan “iddialı qüvvə” “Koper”ə məğlubiyyət nəticəsində klub hakimiyyətini ələ keçirəcəkmiş. Ancaq işə müdaxilələrin nəticəsində həm Sadıqovun müdafiəsi təşkil olunub, həm də qələbə vəziyyəti xeyli dəyişib.

Ancaq mübarizə davam edir. Əgər “Neftçi” “Çixura” səddini aşa bilməsə, onda Sadıqovqarışıq hakimiyyətdə dəyişilik olacaq.

Məlumatda o da bildirilir ki, Süleymanovun vitse-prezident postundan istefası da məsələyə diqqət yönəltmək, Sadıqovun müdafiəsini qurmaqdı. “Çixura” səddi aşılsa, Sadıqovun klubdakı aqibəti aydınlığa çıxacaq, həm də  vitsenin vəzifəsinə geridönüşünə şahidlik edə bilərik.


oxunma sayı: 230 | Paylaş:




?>