')

Bu gün:


FutbolPress.Az | Makedoniya millisinin qapıçısı "Xəzər Lənkəran"da

Makedoniya millisinin qapıçısı "Xəzər Lənkəran"da


oxunma sayı: 184 Paylaş:

FutbolPressMakedoniya millisinin qapıçısı Darko Tofiloski "Xəzər Lənkəran"a transfer oluna bilər. 

28 yaşlı makedoniyalı ciddi qapıçı problemi olan cənublulara təklif olunub. Klub rəhbərliyi isə qapıçının keçidi ilə bağlı variantları nəzərdən keçirir. 

Makedoniya “Pobeda”sının yetirməsi olan Darko 2005-2008-ci illərdə bu komandanın əsas heyətində çıxış edib. Son 6 ildə isə legioner həyatı yaşayan qolkiper 2 il Avstriya “Şaafhauzen”in şərəfini qoruyub. 2010-cu ildə Slovakiyaya üz tutan Tofiloski burada "Koşise" komandasının heyətində 4 ildə 100-dən çox oyun keçirib.

Darko ötən il Makedoniyanın əsas yığmasına da dəvət alıb. Vaxtilə ölkəsinin U-21, U-19, U-17 yığmasının əsas əlcək sahibi olan qapıçı 6 ildən sonra milliyə dönüb. O, yığmada debüt oyununu 2013-cü ildə keçirib.


oxunma sayı: 184 | Paylaş:




?>