"Atletiko" dayanmaq bilmir: bu dəfə Kazorla və Torres
Paylaş:
"Atletiko" "Arsenal"ın yarımmüdafiəçisi Santi Kazorla ilə maraqlanmağa davam edir.
Baş məşqçi Dieqo Simyone komandasının hücum xəttini ispan xavbeklə gücləndirməyi planlaşdırır. AS xəbər verir ki, Madrid klubu 29 yaşlı futbolçuya görə qarşı tərəfə 20 milyon avro təklif etməyə hazırdır.
Həmçinin "Çelsi"nin hücumçusu Fernando Torres də "Atletiko"nun maraq dairəsinə daxildir. Bir müddət öncə ispan klubu 30 yaşlı hücumçu ilə müqavilə imzalanmaq istəyi barədə məlumatları təkzib edib. Lakin dünən məlum olub ki, "zadəganlar"ın baş məşqçisi Joze Mourinyo yeni mövsümdə hücumçuya ümid etmir. Bu da oyunçunun "Atletiko"ya keçidinə təsir göstərə bilər.
Simyone anlayır ki, Torres əsəs heyətdə yer uğrunda Mario Manjukiçə layiqli rəqib ola bilər.
Öz növbəsində, Torres 2001-ci ildən 2007-ci ilədək çıxış etdiyi "Atletiko"ya qayıdarsa, əmək haqlarının xeyli aşağı olması ilə razılaşmalı olacaq.
| Paylaş: