')

Bu gün:


FutbolPress.Az | "Neftçi" - "Çixura" matçının biletləri satışa çıxarılıb

"Neftçi" - "Çixura" matçının biletləri satışa çıxarılıb


oxunma sayı: 463 Paylaş:

FutbolPressAvropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Çixura" matçının biletləri satışa çıxarılıb.

Biletlər bu gün saat 12:00-dan artıq satışdadır. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Azarkeşlər biletləri 8-ci km qəsəbə stadionunun kassalarından əldə edə bilərlər.

Satışa 8500 bilet çıxarılıb. Adi biletlərin qiyməti bir manat, VİP biletlərin qiyməti isə 10 manat təşkil edir. VİP bilet alan azarkeşlərə "Neftçi"nin forması və şərfi hədiyyə olunacaq.

Xatırladaq ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlayacaq.


oxunma sayı: 463 | Paylaş:




?>