')

Bu gün:


FutbolPress.Az | “Rəvan”dan “Jelezniçar”a keçən var

“Rəvan”dan “Jelezniçar”a keçən var


oxunma sayı: 220 Paylaş:

FutbolPressI Diviziona düşən “Rəvan”ın diqqətçəkən futbolçuları başqa klublara transfer olunmaqdadı. Ən səsli transfersə dünən olub.

Komandanın argentinalı forvardı Xuan Manuel Varea birillik müqaviləylə Bosniya və Herseqovinanın  "Jelezniçar" klubuna keçib.

O, "Rəvan"a 2012-ci ildə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubundan gəlmişdi. Onunla yanaşı, AZAL-ın sabiq üzvü Nedo Turkoviç də "Jelezniçar"da çıxış edəcək.

Varea "Rəvan"da 66 oyun keçirib və 19 qol vurub. O, əvvəllər Argentinanın "Velez Sarsfild", "Deportivo", "Sentral" və Kolumbiyanın "Depor Akvablanka" klublarında çıxış edib.


oxunma sayı: 220 | Paylaş:




?>