"Elfsborq" Bakıya ağır itkiylə gələcək
Paylaş:
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq İsveçin "Elfsborq" klubu ciddi itki ilə üzləşib. Komandanın təcrübəli müdafiəçisi Yon Yönsson zədə səbəbindən cavab matçında iştirak etməyəcək.
Klubun fizioterapevti Susan Malbi futbolçunun dabanında ağrılar olduğunu və bu səbəbdən İsveçdə qalacağını bildirib.
"İnter" - "Elfsborq" cavab oyunu iyulun 24-də, saat 21:00-da başlayacaq. İsveçdəki görüşdə "İnter" 1:0 hesabı ilə qalib gəlmişdi.
| Paylaş: