')

Bu gün:


FutbolPress.Az | Dəbdəbə erasının miskin sonluğu (QEYD)

Dəbdəbə erasının miskin sonluğu (QEYD)


oxunma sayı: 751 Paylaş:

FutbolPressOnun Avropa banklarının birində qarantiya altına alınmış hesabda 1 milyard avro pulunun olduğu bildirilir. Şəxsi kapitalının həcmiysə bir neçə milyard avrodu (Mənbə: virtualaz.org).

Köhnə “Bakı”lının fikrincə, o, əsl tapıntıdı. Futbol, bu böyük sərvət yiyəsiyçün gəlir mənbəyi deyil – bu sahəyə ayırdığı milyonların səbəbi sadəcə tanınmaqdı.  Bir başqasıysa milyarderin daha gizli motivlərinin olduğuna inanır (Mənbə: azadlıq.info).

Biznesmen futbola pul qoyur – məqsədi qazanmaq deyil; özlüyündə futbol da prioritet deyil. Bəs məqsəd nədi?

***

Məşhur psixoanalitik Erix Fromm mövcudluğun əsasən iki kateqoriyadan ibarət olduğunu deyirdi:  sahib olmaq və olmaq. Sənaye və post-sənaye erası cəmiyyətlərində birinci ikincini üstələyir. Doyuma çatılandaysa vəziyyət başqalaşır.   Olmaq istəyi daha ön plana çıxır. Sahib olmaq, hedonist zövqlərin maksimuma çatmasıyla son bulur. Çatmaya da bilər.. və insan ömrüboyu nələrəsə sahib olmağa, daha çox sahib olmağa çalışa bilər. 

Kimlər ki sahib olmağın özlüyündə onlara nəsə qatmadığı görürsə, sahib olduqlarından ayrı müstəvidə, amma onların yardımıyla “olmağa” çalışır. Biznesmen, milyard sahibi "X" kimi yox, xeyriyyəçi, filantrop, akademik, bəstəkar, şair kimi.

Əgər birincidə fərdin obyektə qarşı tətminolunmaz tapınması  kimi təzahür eləyirsə, ikincidə bu, başqa fərdlər tərəfindən tapılan fərd kimi formalaşmaq şəklində olur.

Artıq məsələ “olum, ya ölüm” deyil – daha da spesifikdi: “olum”u necə reallaşdırmalı, sahib olmaq kimi, yoxsa var olmaq kimi?  Bəlkə də ölümü bu qədər tez diskvalifkasiya eləmək olmaz – sahib olanlar və var olmağa çalışanlar digərlərini özlərinə şərik eləmək istəmirlər – belədə onlarçün ölüm hökmü verilir.

Başı qaldırıb yaxın ətrafa nəzər salmaq kifayətdi ki, torpağı üstündə gəzdiyimiz ölkədə vəziyyəti anlayaq. Sahib olmaq ayrıcalığı kiçik azlığa məxsusdu. Sahib olanların – sahib olduqlarından ayrı kvintessensiya kimi,  adam kimi cəmiyyətə sırınmasıysa daha da kiçik azlığın monopoliyasındadı. İrrequlyar məntiq, əmtəə fetişizmi burda da özünü göstərir – varlığa sahiblik forması kimi yanaşmaq. Diaqnoz – ruhi xəstəlik. Çarəsi – odda yandırıb külünü dənizə sovurmaq. Bu həm də var olmağın yoxlanılmasıyçün etalondu – mərhumlar şair, bəstəkar, akademik kimi tanınacaqlar, yoxsa milyardların sahibi kimi?

***

Milyarderin də səhvi burdaydı. İcazə verildiyi qədər sahib olduqdan sonra “Three Women”in  incəsənət qalereyalarına, sənət atelyelərinə, qəsrlərinə, muzeylərinə milyonlar axıtdığı ölkədə “var olmaq” istədi. Və həmişə ön plana çıxardığı psevdodiskurs bu oldu – mən yox, ölkəm... Bəs o zənən xeylaqları?

Əlqərəz, uzun məsələdi.

Bir məsələ də budu ki, “Başını aşağı sal, pulunu qazan. Nəyinə lazımdı ...”dan heç kim sığortalanmayıb.

Yeri gəlmişkən, o adamlar da ölçülərini götürsünlər ki, çox yox, 6-7 ay əvvələ qədər haf-haf eləyən ağızlarını bağlamaq olmurdu.  Onların Məşədi İbadın hambalından fərqi bu olacaq ki, onlardan “Məşədi, mənim bir abbasım necə oldu” yox, “Köpəyuşaqları, verdiyim paketlər necə oldu” soruşacaqlar.
 

"FutbolPress"


oxunma sayı: 751 | Paylaş:




?>