')

Bu gün:


FutbolPress.Az | Tahir Süleymanovun istefası nə yerdə qalıb...

Tahir Süleymanovun istefası nə yerdə qalıb...


oxunma sayı: 398 Paylaş:

FutbolPressAvropa Liqasının II təsnifat mərhələsində Sloveniyanın  "Koper" klubuyla ilk qarşılaşmanı doğma meydanda keçirən "Neftçi" məğlub oldu - 1:2. Oyunsonrası mətbuat konfransında baş məşqçi Böyükağa Haciyev cavab qarşılaşmasında qələbə qazanıb-qazanmayacaqlarından asılı olmayaraq, istefa verəcəyini açıqlamışdı. 

Həmçinin klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə konfransda bildirmişdi ki, vitse-prezident Tahir Süleymanov da istefasını jurnalistlərin qarşısında rəsmən açıqlanmasını ondan xahiş edib. 

Beləliklə, klubun əsas fiqurları - vitse və baş məşqçinin gedəcəyi haqda müzakirələr başlayıb. Ancaq rəsmən istefa verdiyini, geri qayıtmayacağını bildirsə də, Tahir Süleymanovun qərarını klub prezidenti Sadıq Sadıqov hələ təsdiqləməyib.

Klubun rəsmi saytında da bu haqda hələ heç bir məlumat yoxdur.  Süleymanovun istefası və planda olan Böyükağa Haciyevin gedişi barədə rəsmi heç bir addım atılmayıb. Onların gedib-getməyəcəyi isə sual altındadır.


oxunma sayı: 398 | Paylaş:




?>