')

Bu gün:


FutbolPress.Az | Vaqif Sadıqov : “Neftçi” istefaları kənara qoyub... (AÇIQLAMA)

Vaqif Sadıqov: “Neftçi” istefaları kənara qoyub... (AÇIQLAMA)


oxunma sayı: 341 Paylaş:

FutbolPressAZAL-dan istefa verəndən sonra Vaqif Sadıqovdan xəbər yox idi. Təcrübəli məşqçiylə əlaqə saxladıq: “Səhhətimlə əlaqədar ölkə xaricindəydim. İki həftə olar ki vətəndəyəm və şükür olsun, hər şey qadasındadı. İndi də ailəliklə bağdayıq, dincəlirik”.

Sadıqova bu müddətdə heç bir təklif gəlməyib: “Dediyim kimi, ovaxtdan sağlığımla məşğul idim, son vaxtlar asudə vaxtlarım olur, bu müddətdə də hansısa təklif olmayıb. Hələlik istirahətdəyəm. Dünya çempionatını izlədim. İndi də klublarımızın avroliqa çıxışlarını yaxından izləyirəm”.

Elə bu mövzuda Sadıqovun təhlillərini öyrəndik. Əvvəlcə, çətin duruma düşən “Neftçi" haqda: “Oyuna baxdım, hiss olunurdu ki, “Neftçi”nin təcrübəsi,  kompaktlığı yerindədir, sadəcə, özünəinam məsələsi bəlkə də qaydasında deyildi. Məğlub olsa da, bəzi məqamlarda rəqibdən açıq-aşkar üstün oyun nümayiş etdirirdilər. Cavab matçında bu komandanı keçmək mümkündü. Sadəcə, “Neftçi” istefaları kənara qoyub, qarşıya qoyulan hədəflər uğrunda vuruşmalıdı. Əgər komanda qrup mərhələsini hədəfləyibsə, bu gücdədir, niyə də bunu gerçəkləşdirməsin”.

“İnter” barədə: “Elfsborq”la matça baxdım. “İnter” çox yaxşı komandadı. Əla futbol oynayırlar. Dünya çempionatı haqda fikirlərimi açıqlayanda da bildirmişdim, müasir futbolda ən uğurlu komandalar üç mərkəz müdafiəçiylə oynayanlardı. Azərbaycanda da bunu yalnız “İnter” edir. Ən əsası da, bu tərzi bacarırlar. Yaxşı futbola görə təbrik edirəm o komandanı. Özlərinə inansalar, qrup mərhələsinə düşəcəklər”

“Qarabağ”: “Valetta” ilə qarşılaşmaya baxdım. Düzdü, çoxumuz ehtimal edirdik ki, daha inamlı qələbə qazanılacaq, ancaq elə bu amil bir az mane oldu. “Qarabağ”ın rəqibə nisbətən ustalıq, təcrübə baxımdan aşkar üstünlüyü hiss olunurdu. Ancaq hansısa amillər nəzərə alına bilər, bu amillərin hesabın böyük olmamasında rolu olar və s. Hər halda, “Qarabağ” layiqli çıxışla ölkə çempionu oldu və Çempionlar Liqasında uğurlu çıxışına inanıram. Bu turnirə hazır olub-olmamağı isə növbəti mərhələdəki rəqiblə (“Zalsburq”, Avstriya - red.) oyunda göstərmək olar. “Zalsburq” güclü komandadı. Ancaq “Qarabağ”ın da özəlliyi, məhz belə rəqiblərə qarşı yaxşı motivasiya olunmasındadı. Bu üstünlüyündən yararlana bilsə, növbəti mərhələi də keçəcək.


oxunma sayı: 341 | Paylaş:




?>