')

Bu gün:


FutbolPress.Az | Venger siqaretdən narahat deyil

Venger siqaretdən narahat deyil


oxunma sayı: 140 Paylaş:

FutbolPressİngiltərə yığmasının və "Arsenal"ın yarımmüdafiəçisi Cek Vilşerin Las Veqasda siqaret çəkərkən paparatsilərin fokusuna düşməsi Vengeri çox da narahat eləməyib. 

Gənc futbolçu ötən mövsüm də belə görüntülərinin yayılmağına görə, fransız çalışdırıcıdan töhmət almışdı. Venger deməli olduğu hər şeyi o vaxt söylədiyini bildirib və əlavə eləyib: "Görünənlərə baxıb danışmaq rasional addım deyil. Ötən mövsüm də bu barədə söhbətimiz olmuşdu. Belə hesab eləyirəm ki, yetişkin insana şəxsi həyatı barədə verə biləcəyim məsləhətlərin hamısını vermişəm. Bundan sonrası artıq mənlik deyil". 

Fransız baş məşqçi London klubunun Premyer Liqada uğurlu çıxış eləyəcəklərini, Vilşerin də bunda böyük rol oynayacağını bildirib. 


oxunma sayı: 140 | Paylaş:




?>