')

Bu gün:


FutbolPress.Az | Qoca təfəkkürlü FIFA

Qoca təfəkkürlü FIFA


oxunma sayı: 123 Paylaş:

FutbolPressUruqvayın dövlət başçısı Xose Muxika növbəti dəfə FIFA-nı tənqid eləyib. Bu dəfə "barıtı az qoyub". 

Luiz Suarezin diskvalifkasiyasından sonra planetin ən ali futbol qurumunun rəsmilərini qurumsaq adlandıran Muxika bu dəfə izahlı şərhlərə keçib.

"Suarez futbolçudu. Onun tək sərmayəsi ayaqlarıdı. Başa düşürəm, onun elədiyi şeyin üstündən elə-belə keçmək olmaz - amma başqa tədbirlər görülməliydi. Yaxşı olardı ki, onu stadiondan uzaqlaşdırmaq yerinə psixiatra göndərəydilər.

4 ay futboldan ayrı düşmək... Futbolla bağlı bütün fəaliyyətlərin qadağan olunmağı. Bu, ona çox pis təsir eləyəcək - hətta mümkündü ki, daha da aqressivləşdirsin. Bu öz yerində, amma FIFA-dakılar özlərini nə sayırlar axı? Hətta biz dövlət adamları belə, məhkəmə qərarı olmadan heç kəsə qarşı belə sanksiya tətbiq eləyə bilmərik. Stadiona getmək, futbolla bağlı hansısa tədbirdə iştirak eləmək və s. - bunu qadağan eləmək biz, dövlət adamlarının iqtidarı xaricindədi. Onlarsa bilmirəm özlərini nə sanırlar. Hər nəysə. Yaxşı tərəfiysə budu ki, Luiz bir neçə ay sonra Messi və Neymarla yan-yana oynayacaq".

79 yaşlı prezident sonda əlavə eləyib ki, "FIFA-dakıların hamısı köhnə təfəkkürlüdü".


oxunma sayı: 123 | Paylaş:




?>