')

Bu gün:


FutbolPress.Az | "Yuventus" hələ də favoritdi"

"Yuventus" hələ də favoritdi"


oxunma sayı: 96 Paylaş:

FutbolPress"Napoli"nin baş məşqçisi Rafael Benitesin fikrincə A Seriyasının çempionluq tituluna ən böyük namizəd hələ də "Yuventus"du. 

Həftənin başında "Qoca sinyora" rəhbərliyiylə qarşılıqlı şəkildə müqaviləsini ləğv edən Kontenin gedişi "Ağ-qaralar"ı zəiflətməyəcək - ispaniyalı çalışdırıcı bu fikirdədi. Avqustun 6-da "Barselona"yla hazırlıq matçına çıxacaq Neapol təmsilçisinin baş məşqçisi mətbuat konfransında qarşıdakı mövsümü dəyərləndirib. 

"Yuventus" həmişə İtaliyanın ən güclüsü olub; hələ də belədi. Kontenin gedişi inanmıram ki, onları zəiflətsin. Ona görə də, "Napoli"nin favoritə çevrilməyi barədə deyilənlərə ciddi yanaşmıram. Alleqri də ("Yuventus"un yeni baş məşqçisi - Massimilyano Alleqri) ən az onun qədər güclüdü. Məncə çempionatın favoriti hələ də "Yuve"di".

Benites İquain və Kallexonun satılmayacağını, əksinə heyəti daha bir neçə futbolçuyla gücləndirəcəklərini də bildirib. Yeni transfer Varqasdan da ümidli olduğunu bildirən ispaniyalı, çilili cinah oyunçusunu İtaliyanın ən yaxşısı adlandırıb.

Qeyd eləyək ki, Konte 4 il əvvəl "Yuventus"un başına keçib. Turin klubunu 4 mövsüm çalışdıran baş məşqçi sonuncu 3 tsikldə komandasını çempionluğa daşıyıb. 



oxunma sayı: 96 | Paylaş:




?>