')

Bu gün:


FutbolPress.Az | "Yuventus" ön xəttini gücləndirir

"Yuventus" ön xəttini gücləndirir


oxunma sayı: 109 Paylaş:

FutbolPressDünən Madrid "Real"ının gənc hücumçusu Alvaro Moratanı heyətinə qatdığını rəsmi şəkildə açıqlayan "Yuventus" gözünü növbəti forvarda dikib. Bu, "Çelsi"nin 21 yaşlı belçikalısı Romelu Lukakudu. 

Ötən mövsümü "Everton"da (icarə əsasında) keçirən qaradərili forvard 31 oyunda vurduğu 15 qolla liverpulluların ilk beşlikdə qərarlaşmasına kömək eləmişdi. Futbolçunun keçidində bir çox Avropa nəhəngləri maraqlı olsa da, Mourinyo gənc "velikan"ı komandada saxlamaqda israrlıdı.

"Tuttosport"un məlumatına görə, "Qoca sinyora" Lukaku üçün London klubuna 30 milyon funt ödəməyə hazırdı. 



oxunma sayı: 109 | Paylaş:




?>