')

Bu gün:


FutbolPress.Az | Mahir və Tərlan “Neftçi”ni ifşa elədi, yoxsa.. (QEYD)

Mahir və Tərlan “Neftçi”ni ifşa elədi, yoxsa.. (QEYD)


oxunma sayı: 902 Paylaş:

FutbolPress Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin evdə “Koper”ə uduzması geniş müzakirəyə yol açıb. Oyundan sonra səsləndirilən fikirlər, ortaya atılan iddialar geniş müzakirələr üçün zəmin formalaşdırıb.

Xüsusən də, Tahir Süleymanovun oyundan dərhal sonra istefa verməsi həm gündəm, həm də lağ kimi qəbul olunub. İddia olunur ki, Süleymanovun bir neçə dəfə istefa verməsi, amma yenidən geri qayıtması hazırkı gedişin də sadəcə bir oyun olmasına dəlalət edir.
Hətta bu məsələ ilə bağlı “Neftçi”nin sabiq üzvləri Mahir Şükürov və Tərlan Quliyev də fikir bildiriblər. Mahir Şükürov: “Tahir istefa verir, səhər də gəlir bazada tennis oynayır” atmacasına Tərlan Quliyev belə cavab verib: “Tennis yox e qaqaş, domino”.
Mahir eyni zamanda Tahir Süleymanovu pul yeməkdə günahlandırıb: “Bizdən qıra bilmirlər, legionerləri gətirib, təzə komanda qurub, bu işi rahat edirlər”.
Söhbətə qoşulan digər şəxslər isə bildirib ki, “Neftçi” bundan sonra Rəşad Sadiqov, Tərlan Quliyev və Mahir Şükürov kimi oyunçu tapa bilməyəcək. Qeyd edək ki, oyunçular müvafiq olaraq, “Xəzər Lənkəran”, “Qarabağ” və “Karşıyaka” ilə anlaşıblar.

Qeyd: həmin yazışmalarda qeyri-etik ifadələr işləndiyi üçün onları olduğu kimi təqdim edə bilmirik (Mənbə: Futbol11.az).

Mahirlə Tərlan uzun vaxtdı “Neftçi”dəydilər. Özü də Mahir Rusiyadan qayıdandan sonra “klub yetimi” olanda ona “ağ-qaralar” arxa durdu. Tərlan isə sırf bu klubun yetirməsidi.

Məgər klubdaxili iqlim bu qədər bulaşıqdı ki, onlar ifşa dolu fikirlərini sosial şəbəkədə açıqlamağa möhkəm ehtiyac duyurlar?

Futbolçu tayfasının səmimiyyətinə (əksəriyyət) inanamamaqda haqlıyıq. Çünki onların çoxunda intellekt aşağı səviyyədə olur. Bəzən ümumiyyətlə, nə danışıb, nə etdiyini bilməyənlər lap çoxluq təşkil edir.

 Ancaq məsələnin müzakirə yönü bu yox, başqadı. Tahir Süleymanov həmişə açıqlamalarında bildirib ki, “Neftçi”də daxili intizam, mehribanlıq və s. və i. a.

Olanlar isə tam əksi göstərir. Hətta Azərbaycanda ən dağınıq, maliyyə tör-töküntüləriylə bol olan klublardan biri – “Xəzər Lənkəran”dan gedən oyunçular belə, bu cür açıqlamalar verməyiblər.

“Neftçi”də hal-qəziyyə bu qədər gərgindirsə, onda indiyədək deyilən köpüklü təriflərin yalanına görə məsuliyyət kimlərin üstünə düşür...

Hansısa futbolçunun açıqlaması subyektiv sayılır və buna görə klubun məsuliyyətinin təyinatı elə asan məsələ deyil, ancaq bu, bir faktdı – iki əsas futbolçu “Neftçi”ni “ağ yuyub, qara sərib”...

Niyə bu futbolçular orda olanda bu çatışmazlıqları demirdilər – suallar çoxdu... Bu hadisə "Neftçi"nin ifşasıdı, yoxsa futbolçuların klubda kimlərləsə  intriqasının nəticəsi? Və s.

Elçin CƏLİLOV
 


oxunma sayı: 902 | Paylaş:




?>