')

Bu gün:


FutbolPress.Az | Kubok yarımfinalçısı I Divizion təmsilçisinə qarşı

Kubok yarımfinalçısı I Divizion təmsilçisinə qarşı


oxunma sayı: 107 Paylaş:

FutbolPressSonuncu ölkə kubokunun yarımfinalçısı "Rəvan" hazırlıqlarını davam elətdirir. Növbəti mövsümdən etibarən I Divizionda çıxış eləyəcək paytaxt təmsilçisi Qusar "Şahdağ"ıyla yoxlanış matçına çıxacaq. 2015/16 mövsümündə Premyer Liqada çıxış eləməkçün yarışacaq iki klubun dueli saat 19:30-da başlayacaq.

"Bayıl Arena"da 4-cü hazırlıq matçına çıxacaq "Sarı-qırmızılılar" əvvəlki 3 yoxlama oyununda da məğlub olub; hətta qol da  vura bilməyib - onlar AZAL-dan 3, "Sumqayıt"dan 2, "Şuşa"dansa bir cavabsız top buraxaraq meydanı boynubükük tərk eləyiblər. 

Xatırladaq ki, "Rəvan" sonuncu ölkə çempionatını 10-cu yerdə başa vuraraq, aşağı dəstəyə yuvarlanıb. 


oxunma sayı: 107 | Paylaş:




?>