')

Bu gün:


FutbolPress.Az | "Neftçi" uduzdu

"Neftçi" uduzdu


oxunma sayı: 353 Paylaş:

FutbolPressBu gün Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünə start verən “Neftçi” də bu yarışda mübarizəyə qoşulacaq.

Bakılılar öz meydanında Sloveniya təmsilçisi “Koper”i qəbul edəcək. Ötən mövsüm Çempionlar Liqasında uğursuz çıxış edən “ağ-qaralar” azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

Matç “Bakcell Arena”da keçiriləcək. Paytaxt təmsilçisi gələn həftə səfərdə baş tutacaq oyun üçün sərfəli nəticə əldə etməlidir. Çünki öz meydanında daha yaxşı oynayan sloveniyalılar cavab matçında “Neftçi”nin mərhələ keçmək arzusunu gözündə qoya bilər.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun


20:00. “Neftçi” (Azərbaycan) – “Koper” (Sloveniya) 1:2 (Araz Abdullayev 45' || Qoran Qaleşiç 24', Matey Palçiç 41' )
Baş hakim: Denis Şerbakov (Belarus)
Bakı. “Bakcell Arena” stadionu


oxunma sayı: 353 | Paylaş:





?>