')

Bu gün:


FutbolPress.Az | "Təslim olmaq fikrində deyilik"

"Təslim olmaq fikrində deyilik"


oxunma sayı: 169 Paylaş:

FutbolPress“Bizim əsas məqsədimiz qapımızdan qol buraxmamaq idi. Komandam keyfiyyətli oyuna üstünlük verdi. Düşünürəm ki, görüşün sonuna qədər təzyiqlərimizi davam elətdirsəydik, mütləq rəqibdə hansısa boşluqlar aşkar eləyəcəkdik. Beləliklə də hesabı bərabərləşdirə bilərdik”.

Qol.Az-ın Malta mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Valletta” klubunun baş məşqçisi Hilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:1) sonra deyib.

O, komandasının məğlubiyyətini “Qarabağ”ın daha güclü olması ilə əlaqələndirib: “Oyuna ən düzgün şəkildə hazırlaşmışdıq. Komandam rəqibə yaxşı müqavimət göstərirdi. Ancaq bu faktdır ki, “Qarabağ” ardıcıl bir neçə il Avropa Liqasında uğurlu çıxış edən komandadır. Rəqibin heyətində güclü futbolçular var. Əsasən də üç braziliyalı yarımmüdafiəçini (Reynaldo, Çümbinyo, Almeyda) qeyd edə bilərəm. Hansı ki, onlar həm orta sahədə oyun qurur, həm də sürətli hücumlar təşkil edirdilər”.

Q.Acius “Qarabağ”ın “Valletta”dan aşkar üstün olduğunu etiraf eləyib. Bununla belə o, cavab oyununa ümidlə yanaşdığını da bildirib: “İki komanda arasında böyük keyfiyyət fərqi var. Ancaq təslim olmaq fikrində deyilik. Futbolçularımı cavab oyununa çox yaxşı hazırlayacağam. İnanıram ki, onlar bacardıqları ən yaxşı oyunu göstərəcəklər.  “Valletta”  çempionluq yarışında böyük xarakter göstərib. İnanıram ki, “Qarabağ”la cavab oyununda da fədakarlıq göstərəcəklər”.

Mənbə: qol.az


oxunma sayı: 169 | Paylaş:




?>